"Beyl hər zamankından daha xoşbəxtdir"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo  Avropa Liqasının 1/16 final mərhələsində "Volfsberq"lə cavab oyununda (4:0) qol vuran  Qaret Beyl haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, o, uelsli hücumçunun hər zamankından daha xoşbəxt olduğunu deyib: "Eyni zamanda qətiyyətli görünür. Məşqlərdə özünə inamın geri döndüyünü görə bilərsiniz, bu hətta təəccüblü şəkildə özünü göstərir.

Bu, çərşənbə günü qolundan aydın oldu. Bu, əmin bir zərbə idi. Qorxusu və ya mənfi hissləri olan bir oyunçu heç vaxt belə bir zərbə endirməz. Bunu etmək üçün yaxşı vəziyyətdə olmalısınız. İndi Qaret gəldiyindən bəri ən yaxşı əhval-ruhiyyədədir.

Əlbəttə ki, biz ona etibar edirik. "Tottenhem"də hər kəs onun üçün ən yaxşısını istəyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right