“Liverpul”un kapitanı əməliyyat olundu

İngiltərənin “Liverpul” klubunun kapitanı Cordan Henderson əməliyyat olunub.
 
Newsport.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə futbolçunun qasıq nahiyəsindən uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb.
 
“Liverpul” Hendersonun sağalma müddətini açıqlamayıb. İngiltərə mətbuatı isə 30 yaşlı yarımmüdafəçinin ən azı aprelə qədər yaşıl meydanlardan uzaq qalacağını iddia edir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right