Avroliqada 1/8 finalın püşkü atılır Yenilənir

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Newsport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa futbol evində təşkil olunacaq.

Mərasim Bakı vaxtı ilə 16:00-da başlayacaq. 1/16 final səddini adlayan komandalar 8 cüt təşkil edəcək.

Kor püşk bütün komandaları bir-biri ilə rəqib edə bilər. Püşkatma zamanı səbətlərə bölünməsi və eyni ölkə təmsilçiləri ayrılmayacaq.

“Milan” (İtaliya)
“Ayaks” (Niderland)
“Arsenal” (İngiltərə)
“Dinamo” (Z, Xorvatiya)
“Dinamo” (K, Ukrayna)
“Qranada” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Molde” (Norveç)
“Olimpiakos” (Yunanıstan)
”Reyncers” (Şotlandiya)
“Roma” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Slaviya” (Çexiya)
“Tottenhem” (İngiltərə)
“Vilyarreal” (İspaniya)
“Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab görüşləri 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right