Braziliya çempionatının qalibi bəlli oldu

Futbol üzrə Braziliya A Seriyasında sonuncu - 38-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, bu matçlardan sonra çempionun da adına aydınlıq gəlib.
 
“Flamenqo” sonuncu turda “San-Paulo” ilə ev oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Buna onun ən yaxın izləyicisi “İnternasional”ın “Korintians”la ev oyunundan qolsuz heç-heçəylə ayrılması şərait yaradıb.
 
Beləliklə, “Flamenqo” 71 xalla birinci, “İnternasional” 70 xalla ikinci yeri tutub. “Atletiko Mineyro” isə 68 xalla bürünc medallara yiyələnib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right