“Brügge”nin iki futbolçusu koronavirusa yoluxdu

Belçikanın “Brügge” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qapıçı Simon Minolye ilə yarımmüdafiəçi Şarl de Keteların COVİD-19 testinin müsbət çıxdığı diqqətə çatdırılıb. Hər iki futbolçu Avropa Liqasının 1/16 final mərhələsinin Kiyev “Dinamo”su ilə keçiriləcək cavab oyununu buraxmalı olacaq.

Sabah keçiriləcək “Brügge” – “Dinamo” (Kiyev) matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right