Levandovskidən daha bir uğur

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının bombardirləri siyahısında ilk "3-lüy"ə yüksəlib.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna ötən gecə "Latsio" ilə matçda imza atıb. O, görüşdə fərqlənməklə turnirdə vurduğu qolların sayını 72-yə çatdırıb. Beləliklə, polşalı oyunçu bombardirlər siyahısında 3-cü yerə yüksəlib.

Sıralamaya "Yuventus"un futbolçusu Kriştiano Ronaldo başçılıq edir. 35 yaşlı hücumçunun aktivində 134 qol var. "Barselona"nın kapitanı Lionel Messi isə 119 qolla 2-cidir.

Qeyd edək ki, Levandovski bu mövsüm 29 matça çıxaraq, 32 qol vurub və 7 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right