Norveç - Türkiyə matçının yeri dəyişdirildi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Türkiyə matçının yeri dəyişdirilib.

 

Newsport.az xəbər verir ki, qarşılaşma martın 27-də İspaniyanın Malaqa şəhərində reallaşacaq. Koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinin tətbiq olunmasına görə qarşılaşma fərqli məkana salınıb.

 

Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right