UEFA əvəzetmə sayını artırdı

Oyun vaxtı beyin silkələnməsi keçirən futbolçunun yerinə, əvəzetmə sayından asılı olmayaraq, yeni oyunçu daxil ola biləcək.
 
Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında qəbul olunub.
 
Yeni qərar sınaq məqsədilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada (2019-2021) təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right