"Mançester Siti" "Borussiya"ya, "Real" "Atalanta"ya qarşı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

 

Newsport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq. "Atalanta" evdə "Real"ı qəbul edəcək.

 

Madrid klubunun heyətində ciddi itkilər var. Dani Karvaxal, Serxio Ramos, Eder Militao, Marselo, Alvaro Odriosola, Federiko Valverde, Eden Azar, Kərim Benzema və Rodriqo zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər. Meydan sahiblərində isə Hans Hatebur eyni səbəbdən oynamayacaq.

 

Digər matçda isə "Borussiya" (Mönhenqladbax) "Mançester Siti" ilə qarşılaşacaq. Matç pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

00:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya)

00:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right