Super Liqanın bombardiri Rusiya klubunda

Rusiyanın "Krasnodar" klubu "Hatayspor"un hücumçusu Aaron Bupendzanın transferini tamamlayıb.

 

Newsport.az xəbər verir ki, Premyer Liqa klubu qabonlu futbolçunun keçidi üçün Türkiyə təmsilçisinə 8 milyon avro təzminat və növbəti satışdan 20 faiz pay ödəməyə razılaşıb.

 

24 yaşlı forvard 2020-ci ilin yayında Fransa "Bordo"sundan "Hatayspor"a azad agent statusu ilə keçib. Bupendza Super Liqada keçirdiyi 23 oyunda 18 qol vurub və çempionatın bombardiridir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right