Kumandan Lanqleyə dəstək

"Barselona"nın baş məşqçisi Ronald Kuman futbolçusu Kleman Lanqleyə dəstək olub.

Newsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 25 yaşlı müdafiəçinin son zamanlar uğursuz çıxışına görə tənqid edilməsinə belə cavab verib:

"Bu səhər Klemanla danışdım. O, hər şeyi ürəkdən qəbul edən və çox peşəkar bir futbolçudur. Daha əvvəl də  demişəm, komanda xal itirirsə, buna görə sırf bir oyunçunun günahlandırmaq olmaz. Əlbəttə ki, meydanda daha yaxşı çıxış edə bilər. Kleman səhv etdi. Amma digər oyunçuların da səhvləri var".

Qeyd edək ki, Kleman bu mövsüm 32 matça çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right