Mourinyonun dövrü bitdimi?

Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” Premyer Liqada uğursuz çıxışları davam etdirməkdədir.

Newsport.az xəbər verir ki, mövsümün əvvəli çempionluğa əsas favoritlərdən göstərilən London təmsilçisi son 13 oyundan cəmi 3-də qələbə qazana bilib. Komanda son olaraq fevralın 21-də “Vest Hem”ə uduzub (1:2). İndi “Tottenhem” 24 oyundan 36 xalla turnir cədvəlində 9-cu yeri tutur.

Bütün bu uğursuz çıxışlar isə Joze Mourinyonun istefası məsələsini gündəmə gətirib. Britaniya mediasının yazdığına görə, bu gedişlə portuqaliyalı mütəxəssisin ən gec mövsümün sonunda qovulması ehtimalı yüksəkdir. Onun yerinə əsas namizəd isə “Leyptsiq”də uğurlu nəticələr göstərən 33 yaşlı alman Yulian Naqelsmandır.

Britaniya mediasında tez-tez belə fikirlər səslənir ki, daha əvvəl İngiltərədə “Mançester Yunayted”dən göndərilən Joze Mourinyonun məşqçi kimi dövrü bitib.  Onun “Tottenhem”dəki uğursuz nəticələri də bu fikirləri qüvvətləndirir . Jozenin hazırkı komandasında daha çox müdafiə futboluna üstünlük verməsi, bu səbəbdən hücumda kəsərliliyin azalması faktı Mourinyonun tez-tez tənqid edilməsinə gətirib çıxarıb.

Son-Keyn cütlüyünə çox bağlı olan “Tottenhem” bəzi böyük matçları güclü müdafiə hesabına qazansa da, ortabab rəqiblərlə görüşdə vacib xallar itirib. Harri Keynin zədəsinə görə yaşıl meydanlardan uzaq qalması da hücum xətttində ciddi problem yaradıb.

Mourinyo əvvəlllər müdafiə futbolu (ingilis jurnalistlərin təbirincə desək, avtobus) oynadanda rəqiblərinə çox qol imkanı yaratmırdı. İndi isə həm yaradıcılıqdan uzaq bir futbol var, həm də rəqibə daha çox qol zonası açılır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah