Azərbaycanlı futbolçu rəsmən Latviya klubunda

“Neftçi”nin yetirməsi, son 4 ili "Səbail"də keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək.
 
Newsport.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Erkin İbrahimov sosial şəbəkə hesabında məlumat yayıb.
 
O, 26 yaşlı müdafiəçinin Latviyanın tanınmış klubu “Ventspils”lə 2 illik müqavilə bağladığını bildirib.
 
Anlaşmaya əsasən, futbolçu qarşıdakı 4 ayda icarə əsasında Moldovanın “Dinamo-Avto” klubunda çıxış edəcək.
 
Qeyd edək ki, Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın "Dauqavpils" komandasının formasını geyinib.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah