Çempionlar Liqası: 1/8 final mərhələsində daha 2 qarşılaşma Yenilənir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Newsport.az xəbər verir ki, Madrid təmsilçisi “Atletiko”  İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.

Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.  Digər oyun isə İtaliyada olacaq. “Latsio”  öz meydanında turnirin son qalibi olan Almaniyanın “Bavariya” klubunu sınağa çəkəcək.  

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

00:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)
Buxarest, “Nasional” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)

00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
Roma, “Olimpiko” arena. Baş hakim: Orel Qrinfeld (İsrail)

Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində PSJ "Barselona"ya 4:1, "Liverpul" "Leyptsiq"ə 2:0, "Portu" "Yuventus"a 2:1, "Borussiya" (Dortmund) isə "Sevilya"ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. Madrid “Rea”ı İtaliyada "Atalanta" ilə, "Mançester Siti" Budapeştdə "Borussiya" (Mönhenqladbax) ilə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah