Əliyar Ağayev idarə etdi, Əmir Ağayev "Atromitos"u məğlubiyyətdən qurtardı

Yunanıstan Super Liqasında 23-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, FIFA referisi Əliyar Ağayev VAR sisteminin tətbiq edildiyi “Atromitos” – AEL Larissa qarşılaşmasında baş hakim olub.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Atromitos"un yeganə qolunu 76-cı dəqiqədə Əmir Ağayev vurub. AFFA-nın milliləşdirdiyi futbolçu fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib. "Sumqayıt"ın keçmiş futbolçusu meydana 61-ci dəqiqədə daxil olub.

Əliyar Ağayev qarşılaşmada ümumilikdə 5 sarı vərəqə göstərib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right