“Latsio” futbolçusunu icarəyə verdi

İtaliyanın “Latsio” klubu müdafiəçisi Riza Durmisini icarəyə verib.
 
Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi 27 yaşlı oyunçunu “Salernitana” klubuna icarəyə göndərib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Danimarkalı sol cinah müdafiəçisi mövsümün sonuna qədər B Seriyası klubunda forma geyinəcək.
 
2018-ci ildən “Latsio”da olan Durmisi, bu mövsüm forma şansı qazana bilməmişdi. Ötən il “Nitsa”da icarədə olan Danimarka yığmasının üzvü, daha öncə “Brondbü” və “Betis”də də çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right