Ronaldo “yox” dedi, Messidən cavab gözləyirlər

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanından təklif alıb.

Newsport.az saytının məlumatına görə, portuqaliyalı superulduz bu ölkəni turizm məkanı kimi reklam etmək istəməyib.

35 yaşlı forvarda reklam kampaniyasına qatılması üçün 6 milyon avro təklif edilsə də, Ronaldonun cavabı mənfi olub. Buna razılıq versəydi, ölkəni ziyarət etməli idi. Bənzər təklif “Barselona”nın kapitanı Lionel Messiyə də edilib və argentinalının cavabı gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı reklam kampaniyasına futbol ulduzlarını cəlb edərək turizm cazibəsini artırmağa çalışır. FİFA prezidenti Canni İnfantino da bu yaxınlarda futbolçuları Səudiyyə Ərəbistanını gəzməyə çağırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right