"Napoli"dən "Marsel"ə

Fransanın "Marsel" klubu "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə cəlb edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi polşalı hücumçunu mövsümün sonuna qədər icarəyə götürüb.

"Marsel" 26 yaşlı futbolçunu 8+4 milyon avro qarşılığında transfer etmək hüququna malikdir. 

Qeyd edək ki, "Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right