Super Liqa klubu 4 transferi birdən açıqladı

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Newsport.az xəbər verir ki, transfer qadağasını aradan qaldırmağa nail olan Super Liqa klubu Aliu Badji, İbrahim Akdağ, Ali Kaan Güneren və Embiya Ayyıldızı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt klubu Aliu Badjini Misirin “Əl-Əhli” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Seneqallı futbolçunun 23 yaşı var və hücumçudur.
 
Yarımmüdafiəçi olan İbrahim Akdağla 1.5, Ali Kaan Güneren ilə 2.5+1 illik müqavilə imzalanıb. Hücumçu Embiya Ayyıldız da 2.5+1 illik müqaviləyə imza atıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right