Aquero koronavirusa yoluxdu

"Mançester Siti"nin futbolçusu Serxio Aquero koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə argentinalı hücumçu özünün "Tvitter" səhifəsində yazıb: "Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma keçdiyim son COVID-19 testi müsbət oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dedikərimi yerinə yetirirəm".

Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right