Zidan bir neçə aydır ki, futbolçularla danışmır

“Real”ın baş məşqçisi Zinəddin Zidan bir neçə aydır futbolçularla danışmır.

Newsport.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşrinin jurnalisti Feliks Dias məlumat yayıb. O, oyunçuların 48 yaşlı mütəxəssislə danışmaqda çətinlik çəkdiklərini deyib.

“Zidanın “Real”dakı vaxtının bitdiyini göstərən bir sıra problemlər var. Məşqçinin mesajı futbolçulara çatmır. Matçdan sonra bəzi oyunçular mənə Zidanın iki-üç aydır ki, onlarla danışmadığını, onlara məhəl qoymadığını dedi”.

Xatırladaq ki, “Real” ötən gün İspaniya kubokunda 3-cü liqa təmsilçisi “Alkoyano”ya uduzaraq (1:2), mübarizəni dayandırıb. Komanda La Liqada lider “Atletiko”dan 4 xal geri qalır və 2-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right