“Atletiko” Simeone ilə müqaviləni uzadır

“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamaq istəyir.

Newsport.az AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi  50 yaşlı mütəxəssislə müqavilənin müddətini 2024-cü ilin yayınadək uzatmağı planlaşdırır.

Həmçinin Simeonenin  koronavirus pandemiyasının büdcədə yaratdığı problemlərə görə maaşının azaldılmasına da razı olduğu bildirilib.

Argentinalı çalışdırıcının “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Atletiko” Simeonenin baş məşqçiliyi altında hazırda La Liqanın turnir cədvəlində 41 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right