"Liverpul"da uzun müddət qalmaq istəyirəm, amma..."

"Liverpul"un futbolçusu Məhəmməd Salah  gələcəyi ilə bağlı planlarından danışıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, mümkün qədər uzun müddət İngiltərə təmsilçisində qalmaq istədiyini deyib:

"Amma hər şey klubun əlindədir. Bu komandada son dəqiqəyə qədər hər zaman əlimdən gələni edəcəyəm, mümkün qədər çox kubok qazanmaq istəyirəm. Həm də mənə bütün bu müddətdə sevgilərini verən insanlar üçün yüz faiz ən yaxşısını etmək istəyirəm".

Qeyd edək ki, 28 yaşlı hücumçunun "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right