Super Liqa klubunda iki yeni futbolçu

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Uğur Demirokla yarımmüdafiəçi Ramazan Civeleki heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bir müddət öncə “Konyaspor”la yollarını ayıran 32 yaşlı Uğur Demirokla mövsümün sonuna kimi müqavilə imzalanıb. 24 yaşlı Ramazan Civelek isə “Fatih Karagümrük”dən transfer olunub. O da yaxın günlərdə Kayseriyə gələrək rəsmi müqaviləyə imza atacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right