Messi ağır cəzalana bilər

"Barselona"nın kapitanı Lionel Messini ağır cəza gözləyir.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreninin başına arxadan zərbə vuran 34 yaşlı hücumçu Əsasnaməyə görə 4-12 oyunluq cəzalandırıla bilər.

Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış - 120+1-ci dəqiqədə Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, argentinalı futbolçunun klub karyerasında ilk qırmızı vərəqəsidir.

Qeyd edək ki, "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right