"Beşiktaş" derbidə "Qalatasaray"a qalib gəldi

Türkiyə Super Liqasında XIX turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

Newsport.az-ın məlumatına görə, "Vodafone Park"da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub. Qonaqlar 59-cu dəqiqədə Mbaye Dianın qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Beşiktaş" vahid liderə çevrilib. "Qalatasaray" isə 33 xalla 4-cüdür.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right