"Beşiktaş" "Qalatasaray"ı məğlub yola saldı

Türkiyə Super Liqasında XIX turun daha 3 oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, açılış matçında autsayder “Dənizlispor” doğma arenasında “Hatayspor”a məğlub olub.

Eyni xala malik “Yeni Malatyaspor”la “Rizəspor”un duelində birincilər böyükhesablı qələbəyə sevinib.

Turun mərkəzi oyununda İstanbul derbisi baş tutub. Super Liqanın son 6 oyununda 5 qələbə, 1 heç-heçəlik nəticə göstərərək liderliyə yüksələn “Beşiktaş” ondan iki xal geri qalan “Qalatasaray”ı qəbul edib.

Qonaq komanda hücumçusu Mbaye Dianın 58-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən yarım saatdan çox azlıqda çıxış edib. “Cim-bom” azlıqda sona qədər tab gətirə bilməyib. Nəticədə rəqibi üzərində qələbə qazanan “Beşiktaş” liderliyini davam etdirib.

17 yanvar

“Dənizlispor” – “Hatayspor” – 0:2
Qollar:
Muhammet Özkal, 47 (avtoqol), Diuf, 78 (pen.)

“Yeni Malatyaspor” – “Rizəspor” – 4:1
Qollar: 
Kubilay Kanatsızkuş, 46, 50, Umut Bulut, 61, Mustafa Eskihellac, 74 – Skoda, 30 (pen.)

“Beşiktaş” – “Qalatasaray” – 2:0
Qollar: 
Jozef, 79, Nkudu, 90+1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right