“Başakşəhər” Şkrtellə yollarını ayırdı

Türkiyənin “Başakşəhər” klubu futbolçusu Martin Şkrtellə yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi 36 yaşlı müdafiəçinin müqaviləsinə xitam verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Şkrtelin “Başakşəhər”lə müqaviləsi mövsümün sonuna qədər idi. Müdafiəçi zədə səbəbindən yaya qədər yaşıl meydanlardan uzaq qalacaq. “Başakşəhər” bu səbəbdən futbolçu ilə müqaviləyə xitam vermək qərarına gəlib.
 
Slovakiya yığmasının sabiq üzvü olan Şkrtel daha əvvəl “Fənərbaxça”, “Liverpul”, “Zenit” kimi klublarda da çıxış edib.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah