“Qalatasaray” kubokda çətinliklə mərhələ adladı

Türkiyə kubokunda 1/8 final mərhələsi başlayıb.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.

“Antalyaspor” aşağı liqa təmsilçisi “Bursaspor”un qonağı olub. Super Liqa təmsilçisi qarşılaşmanın taleyini ilk yarıdakı üç qolla həll edib.

Digər 1-ci liqa təmsilçisi “Adana Dəmirspor” “Sivasspor”a layiqincə müqavimət göstərib. Sivaslılar yalnız əlavə vaxtda vurulan topla 1/4 finala adlayıb.

Günə “Qalatasaray”ın oyunu ilə yekun vurulub. İstanbul təmsilçisi “Yeni Malatyaspor”un qonağı olub. Matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Qalatasaray” mərhələ adlayıb.

12 yanvar

“Bursaspor” – “Antalyaspor” – 0:3
Qollar:
 Özmert, 6-pen, Bayrakdar, 33, Yahoviç, 36

“Sivasspor” – “Adana Dəmirspor” – 2:1
Qollar: Öztekin, 37, Yatabare, 116 – Akgün, 43

“Yeni Malatyaspor” – “Qalatasaray” – 1:1 (penaltilər seriyası - 6:7)
Qollar: Bulut, 102 – Luindama, 120

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah