Premyer Liqa klubunun hücumçusu karantinə göndərildi

"Mançester Siti"nin futbolçusu Serxio Aquero 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola deyib.

İspaniyalı mütəxəssis bildirib ki, argentinalı hücumçu koronavirusa yoluxmuş şəxslə yaxın ünsiyyətdə olduğu üçün karantinə göndərilib.

33 yaşlı forvard İngiltərə Premyer Liqasında "Brayton" (13 yanvar) və "Kristal Pelas"la (17 yanvar) matçları buraxacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah