"Klopp bir məşqçi olaraq pis müəllim idi" Levandovski

“Bavariya”nın futbolçusu Robert Levandovski Dortmund “Borussiya”sında çıxış etdiyi vaxtlarda komandanın sabiq baş məşqçisi Yurgen Kloppla arasındakı münasibətdən danışıb.

Newsport.az “The Players Tribune”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu almaniyalı mütəxəssisin yaxşı bir müəllim olmadığını deyib:

“Klopp mənim üçün təkcə ata nümunəsi deyildi. O, həm də bir məşqçi olaraq pis müəllim idi. Universitetdəki tələbəlik həyatını düşünün. Ən çox hansı müəlliminizi xatırlayırsınız?  Böyük ehtimal sizin üçün həyatı asanlaşdıran, sizdən gözləntisi olmayan birini xatırlamırsınız. Sizə sərt davranan, sizdən ən yaxşı şəkildə yararlanmaq üçün təzyiq göstərən pis müəllim yadınıza düşəcək. Sizi yaxşılaşdıran müəllim nümunəsi də bu deyilmi? Baxın, Klopp da belə idi.

O, tələbələriniin tənbəllik etməsinə qətiyyən icazə verməzdi. Qarşısında uğurlu yetirmələrinin olmağını gözləyirdi. Bunu özü üçün yox, tələbələri üçün istəyirdi. O, mənə çox şey öyrətdi. “Borussiya”ya keçəndə sürətli şəkildə güclü ötürmələr və toxunuşlar etməyə çalışırdım. Klopp mənə sakit qalmağı və bəzən topa 2 dəfə toxunmağım lazım olduğunu göstərdi”.

Qeyd edək ki, hazırda “Liverpul”a baş məşqçilik edən Klopp 2008/2015-ci illərdə “Borussiya”nı çalışdırıb. Levandovski isə 2010/14-cü illərdə bu komandada çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah