Newsport.az-ın məlumatına görə, son gündə iki oyun keçirilib.
Sonuncu pillədə qərarlaşan “Ərzurum BB”nin qonağı olan “Fənərbaxça” 3 xalı 3 cavabsız qolla qazanıb. Bununla ardıcıl 4-cü qalibiyyətini əldə edən “sarı-lacivərdlilər” liderliyə şərik olub.
Ardıcıl uğursuz nəticələrlə liderliyi əldən verən “Alanyaspor” “Kasımpaşa” ilə də bacarmayıb. İkincilər bir saatdan çox azlıqda çıxış etməsinə baxmayaraq, rəqibini məğlub edib.