“Qalatasaray” qalib gələ bilmədi, zirvəni tərk etdi

Türkiyə Super Liqasında XVI tur başlayıb.

Newsport.az-ın məlumatına görə, 2021-ci ilin ilk oyun günündə 6 matç baş tutub.

“Qalatasaray” evdə “Antalyaspor”un müqavimətini qıra bilməyib. Bu xal itkisi İstanbul təmsilçisinin liderliyi əldən verməsi ilə nəticələnib.

“Sarı-qırmızılar”ın izləyicilərindən “Alanyaspor” son çempion “Başakşəhər” üzərində darmadağınla zirvəni geri qaytarıb. Mövsümün digər sürpriz komandası “Qaziantep” Ərzurumda gözlənilməz xal itkisinə üzülüb.

“Konyaspor” üzərində qələbə qazanan “Hatayspor” da liderlər qrupundakı mövqeyini möhkəmlədib. “Sivasspor” öz meydanında “Dənizlispor”la sülhə imza atıb. “Yeni Malatyaspor”u qəbul edən “Ankaragücü” 3 xalı üç qolla qazanıb.

2 yanvar

“Ərzurum BB” – “Qaziantep” – 1:1
Qollar:
Bassan, 90 (pen.) – Miralyas, 69

“Sivasspor” – “Dənizlispor” – 2:2
Qollar: 
Qradel, 26 (pen.), Facr, 45 – Rodalyeqa, 13, Mesanoviç, 90

“Alanyaspor” – “Başakşəhər” – 3:0
Qollar: 
Bareyro, 19, Mubandje, 27, Bingöl, 83

“Ankaragücü” – “Yeni Malatyaspor” – 3:1
Qollar: 
Lukaşik, 4, Peyntsil, 37 (pen.), Boerven, 88 – Ndayişimiye, 76

“Qalatasaray” – “Antalyaspor” – 0:0

“Hatayspor” – “Konyaspor” – 2:1
Qollar: 
Bupendza, 43, 69 – Kravets, 33

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right