Luis Suares “Atletiko”nu yenidən vahid lider etdi

İspaniya La Liqasında XVI turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, günün açılış matçında uğursuz mövsüm keçirən “Valensiya” yüksək yerlərə iddia edən “Qranada”nın qonağı olub.

Meydan sahiblərində 1, qonaqlarda isə 2 oyunçunun qırmızı vərəqə aldığı görüşdə “Qranada” əzmkar qələbə qazanıb.

“Selta” doğma arenasında autsayder “Ueska”nı üstələyib. “Atletiko” isə Madriddə “Xetafe”ni məğlub edərək, yenidən vahid lider olub.

30 dekabr

“Qranada” – “Valensiya” – 2:1
Qollar:
 Kenedi, 45+3, Molina, 88 – Qameyro, 36

“Atletiko” – “Xetafe” – 1:0
Qol:
 Luis Suares, 20

“Selta” – “Ueska” – 2:1
Qollar: Nolito, 33, Aspas, 61 – Seone, 84

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right