"Beşiktaş"dan növbəti qələbə

Türkiyə Super Liqasında XV tur davam edir.

Newsport.az saytının məlumatına görə, autsayderlər zonasında qərarlaşan “Gənclərbirliyi” ilə “Kayserispor” arasında keçirilən matçdan birincilər qalib ayrılıb.

Eyni xala malik “Konyaspor” və “Rizəspor”un duelində sülh qeydə alınıb.

Son vaxtlar yüksəlişə keçən “Beşiktaş” isə doğma arenasında “Sivasspor”a qalib gələrək, turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Ağ-qaralar” həm də lider “Qalatasaray”la aradakı xal fərqini 1-ə endirib.

28 dekabr

“Gənclərbirliyi” – “Kayserispor” – 3:2
Qollar
: Kandeyas, 39, Berat Özdımir, 70, Oğuzhan Çapar, 89 (avtoqol) – Kanqa Aka, 31, Arda Kızıldağ, 55 (avtoqol)

“Konyaspor” – Rizəspor” – 1:1
Qollar:
 Hadziahmetoviç, 7 – Tunay Torun, 65

“Beşiktaş” – “Sivasspor” – 3:0
Qollar
: Güven Yalçın, 18, Larin, 84, Oğuzhan Özyakup, 90+2

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right