Avcı ilk məğlubiyyətini “Qalatasaray”dan aldı

Türkiyə Super Liqasında XV tura start verilib.

Newsport.az-ın məlumatına görə, yüksək pillələrə iddia edən “Göztəpə” ilə “Fatih Karagümrük”ün birincilərin meydanında keçirdiyi matçda bərabərlik qeydə alınıb.

Baş məşqçi dəyişikliyindən sonra yüksəlişə keçən “Trabzonspor” çempionluğu hədəfləyən “Qalatasaray”ı qəbul edib.

Fatih Terimsiz “cim-bom” 7 oyundur uduzmayan “bordo-mavililər”in seriyasına son qoyub. Abdullah Avcıya ilk məğlubiyyət acısı yaşadan “Qalatasaray” turnir cədvəlində liderliyə yüksəlib.

26 dekabr
 

“Göztəpə” – “Fatih Karagümrük” – 1:1
Qollar:
Ndiaye, 11 – Alparslan Ərdəm, 77

“Trabzonspor” – “Qalatasaray” – 0:2
Qollar:Arda Turan, 44, Oğulcan Çağlayan, 55

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right