“Beşiktaş” 4 cavabsız qolla liderə yaxınlaşdı

Türkiyə Super Liqasında XIII tur davam edir.

Newsport.az-ın məlumatına görə, aşağı pillələrdə qərarlaşan “Gənclərbirliyi” ilə “Ankaragücü”nün duelində komandalar hərəyə 1 xalı 1 qolla əldə edib.

Ən yaxın izləyicilərinin məğlub olduğu turda lider “Alanyaspor” da autsayder “Dənizlispor”a uduzaraq, liderliyini möhkəmlətmək şansını qaçırıb.

Son sıralarda yer alan daha bir komanda “Ərzurum BB” isə İstanbulda “Beşiktaş”la bacarmayıb. Rəqibini ikinci hissədəki qollarla darmadağın edən “ağ-qaralar” həm turnir cədvəlində 4-cü yerə yüksəlib, həm də liderlə aradakı xal fərqini 4-ə endirib.

Tura dekabrın 21-də keçiriləcək “Antalyaspor” – “Kayserispor” (20:00) və “Konyaspor” - “Sivasspor (20:00) oyunları ilə yekun vurulacaq.

20 dekabr

“Gənclərbirliyi” – “Ankaragücü” - 1:1
Qollar: Berat Özdəmir, 58 – Lobjanidze, 74

“Dənizlispor” – “Alanyaspor” – 1:0
Qol: Rodalleqa, 9

“Beşiktaş” – “Ərzurum BB" – 4:0
Qollar:
Abubakar, 58 (pen.), 71, Nkudu, 63, Vida, 70

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right