Liderlər qrupundakı komandalar qazandı Bundesliqada XII tur

Almaniya Bundesliqasında XII tur başa çatıb.

Newsport.az-ın məlumatına görə, liderlər qrupundakı komandalar aktivlərinə növbəti qələbəni yazdırıblar.

Son çempion “Bavariya” iddialılardan “Volfsburq”u sınağa çəkib.

Bu oyuna kimi Bundesliqada məğlubiyyət üzü görməyən Oliver Qlasnerin yetirmələrinin uğurlu seriyası Münhen səfərində qırılıb. Robert Levandovskinin dublu “Bavariya”ya 3 xal qazandırıb.

Uduzmayan yeganə komanda olan “Bayer” isə “Köln”ün qonağı olub. Rəqibini darmadağın edən leverkuzenlilər zirvədəki mövqeyini qoruyub.

“Hoffenheym”la səfərdə qarşılaşan “Leypsiq” də turu itkisiz başa vurub. Bu matça qədər qələbə üzü görməyən “Şalke” turnir cədvəlinin autsayderlərindən “Frayburq” önündə də çarəsiz qalıb.

16 dekabr


Almaniya Bundesliqası, 12-ci tur

“Şalke” – “Frayburq” – 0:2
Qollar
: Sallai, 50, 68

“Arminiya” – “Auqsburq” – 0:1
Qol: 
Quveleu, 85

“Bavariya” – “Volfsburq” – 2:1
Qollar: 
Levandovski, 45+1, 50 – Filipp, 5

“Köln” – “Bayer” – 0:4
Qollar:
 Veiser, 8, Diabi, 10, Şik, 54, Virtz, 59

“Hoffenhaym” – “Leypsiq” – 0:1
Qol:
 Poulsen, 60

Bu nəticələrdən sonra "Bayer" 28 xalla liderdir. "Bavariya" və "Leypsiq" 27 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. Dortmund "Borussiya"sı 22 xalla 4-cü, "Volfsburq" 21 xalla 5-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right