“Barselona” “Real Sosyedad”ı zirvədən saldı

İspaniya La Liqasında XIX turun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, günün yeganə matçında “Barselona” “Real Sosyedad”ı sınağa çəkib.

Turnir cədvəlinə başçılıq edən San-Sebastyan təmsilçisi “Nou Kamp”da uğursuz mövsüm keçirən Ronald Kumanın yetirmələrinə minimal hesabla uduzub. Bu isə komandanın top fərqinə görə liderliyi tərk etməsinə səbəb olub.

Qeyd edək ki, dünən turun “Real” – “Atletik” (3:1) görüşü keçirilib. XIX turun iki matçının erkən keçirilməsinin səbəbi bu komandaların 2021-ci ilin yanvarında İspaniya Superkubokunda mübarizəsi ilə bağlıdır.

16 dekabr
“Barselona” – “Real Sosyedad” – 2:1
Qollar:
Alba, 31, de Yonq, 43 – Villian Joze, 27

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right