Özil "Arsenal"dan ayrılmaq istəmir

Mesut Özilin agenti Erküt Sögüt futbolçunun qışda “Arsenal”dan ayrılmaq fikrində olmadığını bildirib.

Newsport.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında Özilin bu qış klubunu dəyişəcəyi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib:

“Özilin “Arsenal”da meydana çıxmaması məyusedicidir. Bəli, hamı onun yüksək maaşından danışır. Mən bunun səbəbini bilirəm. Onu heyətinə qatmaq istəyən klub çoxdur, ancaq Mesut “Arsenal”la müqaviləsinə hörmət edir. O, “Arsenal”da oynamaq istəyir. Onun kimi sədaqətli, sözündə dürüst insana indiki zamanda nadir hallarda rast gəlinir”.

Xatırladaq ki, türk əsilli almaniyalı yarımmüdafiəçi bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun “topçular”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right