"Fənərbağça" Özil transferində favoritdi

"Arsenal"dan ayrılması gündəmdə olan Mesut Özilin transferində favorit "Fənərbağça"dı.

Newsport.az-ın məlumatına görə, bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Bildirilir ki, tərəflər artıq təmaslara başlayıb. İstanbul klubu bu qış mümkün olmasa belə, mövsümün sonunda türk əsilli almaniyalı oyunçunu heyətinə qatmağı planlaşdırır. Özilin xidmətində bir neçə digər klub da maraqlıdı, ancaq onun maaşda ciddi endirimə razılaşmaması keçidə əngəl olur. Mənbə Özilin məhz "Fənərbağça" üçün endirimə hazır olduğunu qeyd edir. Mesut ailəsi ilə İstanbulda yaşamaq istədiyi üçün bu varianta isti yanaşır.

2013-cü ildən "Arsenal"da çıxış edən yarımmüdafiəçinin müqaviləsi bu mövsümün sonuna qədərdi. 32 yaşlı futbolçunun adı Premyer Liqa və Avropa Liqası üçün iştirak ərizəsinə daxil edilməyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right