"Barselona" bu müdafiəçini istəyir

“Barselona” qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu “Marsel”in 21 yaşlı müdafiəçisi Bubakar Kamaranı transfer etmək istəyir.

Fransalı oyunçu ilə “Bavariya” da yaxından maraqlanır. Lakin Münhen təmsilçisinin futbolçunu yay transfer pəncərəsində almağı düşündüyü bidirilib.

Qeyd edək ki, “Marsel”in yetirməsi olan Kamara bu mövsüm Liqa 1-də 11 matçda iştirak edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right