Levandovski yenə birinci oldu

Polşa millisinin və “Bavariya”nın hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı forvard “FourFourTwo” nəşrinin keçirdiyi sorğuda birinci olub.

101 jurnalistin qatıldığı səsvermədə Levandovski hamını qabaqlayıb.

Qeyd edək ki, Levandovski Çempionlar Liqası, Bundesliqa və Almaniya kubokunda mövsümün bombardiri olub. 2020-ci ildə “Bavariya” ilə Almaniya çempionu, kubok və Superkubokun qalibi olan hücumçu Çempionlar Liqası və UEFA Superkubokunu da başı üzərinə qaldırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right