“Bavariya”da iki ciddi itki

Almaniyanın “Bavariya” klubu ciddi itkilərlə üzləşib.
 
Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin üzvlərindən Xavi Martineslə Jerom Boatenq sıradan çıxıb.
 
Onların hər ikisi Bundesliqanın 10-cu turunda “Leyptsiq”lə ev oyununda (3:3) zədələnib.
 
Martines qarşılaşmanın əvvəlindəcə zədələnərək 25-ci dəqiqədə əvəzlənmişdi. Boatenq isə 84-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.
 
Baş məşqçi Hansi Flikin yerli mətbuata verdiyi məlumata görə, futbolçuların durumuna ətraflı tibbi müayinədən sonra aydınlıq gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right