UEFA ilin rəmzi komandası üçün namizədlər açıqlandı

UEFA 2020-ci ilin rəmzi komandası üçün namizədlərin siyahısını açıqlayıb.
 
Newsport.az xəbər verir ki, qurum, rəmzi heyət üçün 50 futbolçunun adını namizəd göstərib:
 
Qapıçılar: Alisson Bekker (“Liverpul”, Braziliya), Antoni Lopes (“Olimpik”, Lion, Portuqaliya), Keylor Navas (PSJ, Kosta Rika), Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko”, Sloveniya);
 
Müdafiəçilər: David Alaba (“Bavariya” , Avstriya), Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Anxelinyo (“Leyptsiq”, İspaniya), Xuan Bernat (PSJ, İspaniya), Alfonso Deyvis (“Bavariya”, Kanada), Matteys De Liqt (“Yuventus”, Niderland), Stefan De Vrey (“İnter”, Niderland), Hans Hatebör (“Atalanta”, Niderland), Yozua Kimmix (“Bavariya”, Almaniya), Presnel Kimpembe (PSJ, Fransa), Serxio Ramos (“Real”, İspaniya), Endi Robertson (“Liverpul”, Şotlandiya), Tyaqo Silva (“Çelsi”, Braziliya), Dayot Upamekano (“Leyptsiq”, Fransa), Vircil van Deyk (“Liverpul”, Niderland);
 
Yarımmüdafiəçilər: Tiaqo Alkantara (“Liverpul”, İspaniya), Ussem Auar (“Olimpik”, Lion, Fransa), Ever Baneqa (“Sevilya”, Argentina), Nikolo Barella (“İnter”, İtaliya), Kinqsli Koman (“Bavariya”, Fransa), Kevin De Breyne (“Mançester Siti”, Belçika), Bruno Fernandes (“Mançester Yunayted”, Portuqaliya), Alexandro Qomes (“Atalanta”, İtaliya), Leon Qoretska (“Bavariya”, Almaniya), Kay Haverts (“Çelsi”, Almaniya), Cordan Henderson (“Liverpul”, İngiltərə), Yosip İliçiç (“Atalanta”, Sloveniya), Markinyos (PSJ, Braziliya), Tomas Müller (“Bavariya”, Almaniya), Marsel Sabitser (“Zaltsburq, Avstriya);
 
Hücumçular: Erlinq Haland (“Borussiya” Dortmund, Norveç), Anxel Di Mariya (PSJ, Argentina), Joao Feliks (“Atletiko”, Portuqaliya), Serj Qnabri (“Bavariya”, Almaniya), Çiro İmmobile (“Latsio”, İtaliya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Robert Levandovski (“Bavariya”, Polşa), Romelu Lukaku (“İnter”, Belçika), Sadio Mane (“Liverpul”, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“Barselona”, Argentina), Neymar (PS, Braziliya), Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya), Məhəmməd Salah (“Liverpul”, Misir), Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə).




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah