“Yuventus”un zədəli futbolçusu sıraya döndü

İtaliya çempionu “Yuventus”un zədəli futbolçusu Merih Demiral sıraya dönüb.
 
Newsport.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, Merih A Seriyası çərçivəsində “Kalyari”yə 2:0 hesabıyla qalib gəldikləri matçda zədə almışdı. 22 yaşlı türk müdafiəçi bu mövsüm “Yuventus”da 8 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.
 
Demiraldan öncə komandanın digər zədəli futbolçusu Corco Kyellininin də sağaldığı açıqlanmışdı. Hər iki futbolçunun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 2-də keçiriləcək “Dinamo” (Kiyev) ilə oyunda iştirakı gözlənilir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right