“Real”ın hücumçusu 2 həftə oynamayacaq

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunda “Alaves”lə matçda (1:2) zədələnən “Real”ın hücumçusu Eden Hazardın durumuna aydınlıq gəlib.
 
Newsport.az xəbər verir ki, 29 belçikalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hazard “Alaves”lə görüşün 28-ci dəqiqəsində zədələnərək əvəzlənmək məcburiyyətində qalmışdı. Belçika yığmasının üzvü zədə səbəbindən UEFA Çempionlar Liqasının 5-ci turunda “Şaxtyor”la (Donetsk) üçün Ukraynaya da aparılmayıb.
 
Xatırladaq ki, Eden 2019-cu ildə “Çelsi”dən 115 milyon avroya “Real”a keçib. O, indiyə qədər bu komandanın heyətində cəmi 28 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid klubuna gələndən bəri məhz aldığı zədələrlə gündəmdə olan futbolçu, buna görə 28 həftə yaşıl meydanlardan kənarda qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right