Təbriz klubu doğma meydanda uduzdu

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Gol Gohar”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Təbrizin daha məşhur “Traktor” klubu bu tur səfərdə “Mes Rafsancan”la qarşılaşacaq.
 
Dörd turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 13-cü, 1 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right