"Bəli, biz sadəcə poniyik"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparıb-aparmadıqları haqda danışıb.
 
Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı verilən suala cavab olaraq deyib:
 
"Kiçik bir at olduğumuz üçün çempionluq yarışına belə qatılmırıq. Bilmirəm, onlara nə deyirlər. Poni? Bəli, biz sadəcə poniyik".
 
Qeyd edək ki, "Tottenhem" hazırda 21 xalla liderdir. "Liverpul" eyni xalla 2-ci, "Çelsi" 19 xalla 3-cüdür.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right