Setyen “Barselona”nı məhkəməyə verdi

İspaniyalı mütəxəssis Kike Setyen “Barselona”nı məhkəməyə verib.
 
Newsport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya klubundan təzminat almaq üçün bu addımı atıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Setyen, bu ilin avqustunda “Barselona”dakı baş məşqçi postundan ayrılsa da, müqaviləsi rəsmi olaraq sentyabrda ləğv olunub. İspan çalışdırıcı Kataloniya klubundan 4 milyon avro təzminat tələb edir.
 
Setyen bu ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. Kataloniya klubunun baş məşqçisi hazırda Ronald Kumandır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right